Aprelin 12-də Kaliforniyanın İndio şəhərində başlayan “Coachella” festivalında Azərbaycan musiqisi yer alıb.
Bizim.Media xəbər verir ki, dünyaca məşhur müğənnilərin iştirak etdiyi möhtəşəm gecədə “Bayati şiraz” səsləndirilib.
Belə ki, Türkiyənin ulduz diceyi Mahmut Orhan ötən axşam sözügedən muğamın remiks versiyasını da təqdim edib.
“Bayati şiraz”ın remiks variantı Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanın ifası üzərində ərsəyə gətirilib.
Rəşad Əliyev, Bizim.Media