Nikolay Baskov "Rossiya 1" kanalında azərbaycanlı müğənniləri TƏHQİR ETDİ - VİDEO

Hazırda oxunan: Nikolay Baskov "Rossiya 1" kanalında azərbaycanlı müğənniləri TƏHQİR ETDİ - VİDEO

186734

Rusiyanın Xalq artisti Nikolay Baskov "Rossiya 1" telekanalının efirində azərbaycanlı müğənniləri ( HammAli & Navai - Aleksandr Əliyev və Nəvai Bəkirov) təhqir edib.

Bizim.Media xəbər verir ki, "Duetlər" adlı musiqili televiziya konsertinin aparıcısı Nikolay HammAli & Navai qrupunun üzvlərini bazardakı məhsullarla muqayisə edib.

Xalq artisti Emin Ağalarov və Jony (Cahid Hüseyn) çıxış etdikdən sonra Baskov Jony-ni tərifləməyə başlayıb. 

Sənətçi təkcə özü üçün deyil, eyni zamanda digər musiqiçilər, o cümlədən “Gizlənqaç”, “Quş” və bir sıra başqa mahnıları ilə tanınan HammAli & Navai dueti üçün mahnılar yazır.

Duetin adını eşidən Baskov dilinə yiyəlik edə bilməyib və bu barədə bütün ölkəyə efir vasitəsi ilə zarafat edib: 

"Bu məhsullardır? Yeni hamali-navali! Bu dəqiqə bişib! İstəyirsən, qardaş, get".

Amma bu sözlər duet ortağı Aleksandr Əliyevin xoşuna gəlməyib. O, şərhlərdə botların hücumuna məruz qaldığını bəyan edərək, jurnalistlərin vasitəsi ilə Baskova sərt şəkildə cavab verib:

“Başa düşürəm ki, biz ilk dəfə görünəndə ad qeyri-adi idi. Ancaq artıq 7 yaşımız olanda hamı adlarımızı necə tələffüz etməyi çoxdan bilirdi, federal kanalda onları təhrif edir... Onunla müqayisədə mən naşı sənətkaram. Belə bir insandan milli çalarlarla məzəmmət və zarafat yox, dəstək eşitmək istərdim. Çoxları deyir ki, mənim yumor hissi ilə bağlı problemim var, amma bu zarafat parodiya şəklində olanda, yumorla məşğul olan insanlar bunu edəndə mən incimirəm, amma bu qədər böyük sənətkar olanda bu, məni incidir”.

Nəvai duet ortağı Aleksandr jurnalistlərlə danışarkən "Bizə hörmət etməyən hər kəs "xoruzdur" sözlərini ifadə edib.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO