"Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki, "qocalıq gözəldir" deyir. Qocalığın nəyi gözəldir? Qocalıqda nə var? Bu, təbii prosesdir, hamımız keçirik. Allah hər kəsə ömür versin. Sadəcə qocalıq artıq xəstəliklərin başlanğıcıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli qonaq olduğu "Onunla açıq söhbət" verilişində deyib.
Sənətçi bildirib ki, insan qocaldıqca ətrafı seyrəlir və tənha qalır:
"Mənim üçünsə qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. Çünki şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub. Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini atırsan dostun, güvəndiyin adam yoxdur. Qoca insan... Heç o sözü demək də istəmirəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:58 / 07.04.2024
Sənubər İsgəndərli: "Qocalığı sevmirəm"
Hazırda oxunan: Sənubər İsgəndərli: "Qocalığı sevmirəm"
Hazırda oxunan: Sənubər İsgəndərli: "Qocalığı sevmirəm"
186069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.