Sibel Canın məşhur mahnısı Məmmədbağırın nəğməsinin plagiatıymış - VİDEO

Hazırda oxunan: Sibel Canın məşhur mahnısı Məmmədbağırın nəğməsinin plagiatıymış - VİDEO

182787

Türkiyənin məşhur ulduzu Sibel Canın ifa etdiyi "Tamam o zaman" mahnısı plagiat çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Sibelin səsləndirdiyi sözügedən bəstə aranjiman edilərək qismən dəyişdirilsə də, bu nəğmə mərhum bəstəkar Tahir Əkbərin ərsəyə gətirdiyi və Xalq artisti Məmmədbağır Bağırzadə tərəfindən ifa olunan  "Gülüb getdi"  mahnısının birə-bir plagiatıdır.
Qeyd edək ki, T. Əkbər "Gülüb getdi" mahnısını 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat və Tamer Alinin bəstələdiyi sözügedən ifanı dinləyicilərə təqdim edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO