Könüldən tənqidlərə CAVAB: "Gözəl olmadığım üçün gözəl gəlin axtarıram"- VİDEO

Hazırda oxunan: Könüldən tənqidlərə CAVAB: "Gözəl olmadığım üçün gözəl gəlin axtarıram"- VİDEO

182783

"Oğlum Rəşadı evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə "dilimin bəlasına" düşürəm. Başlayırlar ağızlarına gələni yazıb-pozub, müzakirə etməyə. Bu kimi şeylər məni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahət var? Hansı qayınana deyər ki, çirkin gəlin axtarıram? Arzu edəndə deyirsən ki, kaş gözəl və ağıllı gəlinim olardı".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib.

Sənətçi müzakirələrə və söz-söhbətə səbəb olan "ay Allah, mənə gözəl, göyçək, uzun saçlı bir gəlin nəsib elə. Saçı "qaynaq" olmasın" fikirlərinə belə aydınlıq gətirib:

"Mənə bu kimi söhbətlər toxunmur. Sadəcə gülməlidir. Yazırlar ki, “Könül özü gözəl olub ki?” Mən gözəl olmadığım üçün gözəl gəlin axtarıram. Heç dəxli var? Başa düşmədim kimi axtamalıyam ki? Ona görə, ay adamlar, bir az o çirkinlikdə gözəllik axtarmağı bacarın, gözəllikdə isə çirkinlik axtarmayın. Nəyi axtararsınızsa, o da sizi gəlib tapacaq. Bunu isə əminliklə deyirəm.

Kərimova övladını evləndirmək üçün "Ulduz" filmindəki Ulduz kimi qız axtardığını söyləyib:

"Əlbətdə ki, oğlum Rəşad üçün ürəyimdən keçir bir qapı döymək. Amma biz artıq o dövrdə yaşamırıq. Çünki oğlumun ürəyincə istəyi olmalıdır. Gözəlliyi gəlinin öz yerində, amma onun ağıllı olması çox önəmlidir. Hər zaman deyirdim ki, "Ulduz " filmində olan baş qəhrəman Ulduz kimi oğlum üçün qız istəyirəm. Elə qız tapa bilmirəm. Amma çox təəssüflər olsun ki, bəzən həyat çox yalnış insanlarla qovuşdurur. Rəşad "dolça" bürcündür. O sevməsə, ailə qurmaz. Mən onsuz risk etmərəm qız seçməyə".

Qeyd edək ki, K.Kərimovanın oğlu Rəşaddan savayı Ləman adında qızı da var. Ləman 5 il əvvəl Orxan adlı şəxslə ailə qurub. Cütlüyün bir qız övladı var. Könülün qızı Ləman ailə qurduqdan sonra Ağcabədiyə köçüb. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO