Afaq Bəşirqızı:

Afaq Bəşirqızı: "Piştaxtanın arxasında elə oğullar var ki, min alimdən daha ağıllıdır" - VİDEO

Hazırda oxunan: Afaq Bəşirqızı: "Piştaxtanın arxasında elə oğullar var ki, min alimdən daha ağıllıdır" - VİDEO

181897

Xalq artisti Afaq Bəşirqızı növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Zarafat bir yana" verilişində gənclərin ailə qurması ilə bağlı fikirlərini dilə gətirib.

Bəşirqızı qızlara düzgün həyat yoldaşı seçimi etməsi üçün örnək məsləhətlər verib:

"Bəzən qızlar deyirlər ki, o oğlanın imkanı yoxdur. Qardaşıma görə gəlib məni istəyir. Hə, nə olsun? Oğlanın imkanı yoxdur. Elə oğullar var ki, bazarda və ya hardasa piştaxtanın arxasında dayanıb hansısa məhsulu satırlar. Amma onun savadı və dünya görünüşü bəlkə də min dəfə alimdən yaxşıdır. İmkanı, varlı adamı, dayısı, əmisi yoxdur... Ailə elə məsələdir ki, məndə bir "stəkan", səndə isə "nəlbəki" var. Gəl onu iç-içə qoyaq. Qəndi isə qoyaq hələlik kağızın içinə. Çayımızı yarı-yarı içək, qəndqabı alana qədər... Bax ailə budur! Yoxsa ki, məndə var, səndə isə yoxdur... Oğlan da cavabında desin ki, sən kim idin, mən səni aldım. Bu artıq ailə deyil. Ona görə də, ailə qurmamışdan əvvəl bütün bunlara fikir verin. Görün ki, o, kişi kimi sənin arxanda dura biləcək? Belə ər, həyat yoldaşı, dost, ata, baba lazımdır".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO