Rəhman Rəhmanovun qızı: "Atam məni övladı kimi saymır" - VİDEO

Hazırda oxunan: Rəhman Rəhmanovun qızı: "Atam məni övladı kimi saymır" - VİDEO

179751

Əməkdar artist Rəhman Rəhmanovun "Keçmiş birinci həyat yoldaşım Ulduz xanım məni Kubinkadakı 7 otaqlı evimdən qovub. Mən ondan deyil, o məni məhkəməyə verərək, boşanıb" açıqlamasından sonra onların qız övladı Rəhilə efirə zəng vuraraq valideynləri arasında baş verən qalmaqala aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, sənətkarın qızı "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı yayımına telefon vasitəsi ilə qoşularaq atasının səsləndirdiyi ittihamlarla razılaşmayıb.

"Bir tərəfli danışılmasın. Anam Ulduz xanımın necə ana olduğunu heç kim sorğulaya bilməz. Kaş qardaşlarım İlham və Emil sağ olardı və onlar deyərdilər ki, anam onlar üçün nələr edib. Anamın əziyyəti qalıb kənarda... Belə çıxdı ki, hamı qardaşlarım üçün əziyyət çəkib, bir tək anamdan başqa. Amma bu, belə deyil. Allah bunları götürməz. 
Anam müsahibə verərkən heç kimin adını çəkməyib və heç kimdən heç nə tələb etmir. Onun heç nəyə ehtiyacı şükürlər olsun ki, yoxdur. Mən işləyib anama və xəstə qardaşıma baxıram. Emil qardaşım sağ olanda bizlə birgə qalanda qəpik-qəpik pul yığıb kirayə ev tutmuşuq və orada yaşamışıq. İndi də həyat yoldaşım bizə köməklik edir. O, mənim anama da, qardaşıma da baxır. 

Qardaşım Teymura heç kim baxmayıb. Ola bilər ki, 5-10 manat hansısa köməkliklər olunub. Qardaşım Teymur hər zaman bizimlə birgə yaşayıb. Rəhmətlik İlham 9 il xəstəxanada yatıb. Mən İlham qardaşımın həyat yoldaşı Azadənin yerinə olsaydım, susardım. Çünki İlhamın əziyyətini anam Ulduz çəkib. Azadə çıxıb efirdə danışır ki, anam oğlu İlhama baxmayıb. Anamın qalacaq yeri olmadığına görə o, xalamgildə qalası oldu. Biz isə gəldik Rəhman müəllimin Binəqədidə aldığı evdə, qardaşım İlhamın yanında qalmağa. Atam məni bir qızı, övladı kimi saymır", - deyə Rəhilə vurğulayıb.

Proqramın aparıcısı Elgiz Əkbər "Qızım sən düzgün danışmırsan. Sənin atan Rəhman müəllim sənə çox gözəl bir toy elədi. Gərək belə etməyəsən" sözlərini dilə gətirib.

Qızı Rəhilənin sözlərindən qəhərlənən R.Rəhmanov "Qızım, sənə heç nə demirəm. Sən düz yoldasan. Əlbəttə, qız övladı ananı müdafiə edər. Mənim balam, ananı müdafiə elə" fikirlərini bildirib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO