Yanğında dayısını itirən Cavidan:

Yanğında dayısını itirən Cavidan: "Hər şeyim səninlə getdi" - FOTO

Hazırda oxunan: Yanğında dayısını itirən Cavidan: "Hər şeyim səninlə getdi" - FOTO

165987

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın nəticəsindən sonra mərhum Xalq artisti Ramiz Novruzun qayını dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, R.Novruzun aktyor oğlu Cavidan mərhum dayısı Razi bəyin fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu itkidən sarsıldığını yazıb.

"Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə təəssüf sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyimi səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Səndə belə... Çox üzdün bizi", - deyə Cavidan vurğulayıb.
Qeyd edək ki, ötən gün baş verən hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.Yanğın söndürülüb.  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO