Şeyx Əbdül küsülü olduğu Rasim Balayev və Baba Vəziroğludan DANIŞDI - VİDEO

Şeyx Əbdül küsülü olduğu Rasim Balayev və Baba Vəziroğludan DANIŞDI - VİDEO

Hazırda oxunan: Şeyx Əbdül küsülü olduğu Rasim Balayev və Baba Vəziroğludan DANIŞDI - VİDEO

155707

Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) bir zamanlar dost olduğu Xalq artisti Rasim Balayev və Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu ilə münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda 79 yaşlı kinorejissor qonaq olduğu “Qapqara” verilişinə müsahibəsində danışıb. 

Şeyx Əbdül B. Vəziroğlunun filmə heç bir adiyyatı olmadığını bildirərək, onu tənqid edib: 

“Baba Vəziroğlunun kinoya heç bir adiyyatı yoxdur. (Baba Vəziroğlu kinodramaturqdur – red.) Baba Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, şairdir. Bunu başa düşdüm. Ona deyirəm ki, sən yaxşı halda Azərbaycan Bəstəkarlar İttifaqının üzvü ola bilərsən, çünki sən mahnı yazırsan. Axı sən filmə də mahnı yazmamısan. Nəsə inciyib məndən”. 

Sənətkar vurğulayıb ki, R.Balayevin kino sahəsinə gəlməsində xüsusi xidməti olub: 

“Rasim Balayevlə hər zaman dost olmuşam. Amma ondan möhkəm incimişəm. Küsülüyük. Rasim Balayev haqqımda müsahibə vermişdi. Həmin müsahibədə haqqımda ağzına gələni demişdi. Hansıkı, Rasimin kinoya gəlməsində mənim xüsusi xidmətim var. Mənim çəkdiyim bütün filmlərimdə də Rasim Balayev qəhrəman olub”.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO