Çimnazdan həyat yoldaşı ilə bağlı PAYLAŞIM: ““Generalım”, dünyanın ən yaxşı atasısan” – VİDEO 

Çimnazdan həyat yoldaşı ilə bağlı PAYLAŞIM: ““Generalım”, dünyanın ən yaxşı atasısan” – VİDEO 

Hazırda oxunan: Çimnazdan həyat yoldaşı ilə bağlı PAYLAŞIM: ““Generalım”, dünyanın ən yaxşı atasısan” – VİDEO 

154633

Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, sənətçi uzun müddətdir, gizli saxladığı həyat yoldaşı ilə birgə çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Sultanova bildirib ki, xaricdə yaşayan iş adamı, həyat yoldaşı ilə evliliklərinin il dönümüdür.

Kadrlarda Çimnaz ərinin yalnız əllərini göstərib, üzünü isə gizlədib. Aktrisa paylaşımına “Hər şey mənim əlimdədir, əlimdə olmayan ayaqlarımda. Bütün bunlar sənin sayəndədir, “generalım”, sağ ol, mələyim, uzun illər mənə dözdüyün, qayğıma qaldığın üçün və övladlarımız haqqında bütün kaprizlərimi yerinə yetirirsən və məni hər şeylə əyləndirirsən. Sən dünyanın ən yaxşı ər və atasısan. Toyumuz, sevgimiz və ailəmizin ildönümü mübarək” sözlərini yazıb. 
Qeyd edək ki, Çimnaz Sultanova müsahibələrində evli olduğunu bildirsə də, həyat yoldaşını və övladını mediadan gizli saxlayır.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO