Manana: “Ərimlə dənizdə tanış olmuşam” - VİDEO

Manana: “Ərimlə dənizdə tanış olmuşam” - VİDEO

Hazırda oxunan: Manana: “Ərimlə dənizdə tanış olmuşam” - VİDEO

145007

Əməkdar artist Manana Caparidze şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində bildirib ki, həyat yoldaşı Georgi Qabelave ilə dənizdə istirahət edərkən tanış olub. 

“Təbiəti xüsusi ilə dənizi çox sevirəm. Dəniz mənə xoşbəxtlik gətirir. Öz sevgimi də elə dənizdə tapdım. Həyat yoldaşım Georgi ilə də dənizdə tanış olmuşam. Dənizdən soruşub dedim ki, əgər bu nağıl deyilsə dəniz sevgisi, məhəbbəti varsa, hazıram onu qarşılamağa. 10 gün dəniz kənarında istirahət elədim və doqquzuncu gündə Georgi ilə tanış oldum”. 
Qeyd edək ki, Manana 2008-ci il yanvarın 8-də iş adamı Georgi Qabelave ilə ailə qurub. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var. Sənətçinin həyat yoldaşı Gürcüstanda yaşayır. Onun otellər şəbəkəsi var. 
 








Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO