Ölümdən dönən Vüqar Muradov:

Ölümdən dönən Vüqar Muradov: "Motosikletə tövbə etdim" - ÖZƏL/FOTO

Hazırda oxunan: Ölümdən dönən Vüqar Muradov: "Motosikletə tövbə etdim" - ÖZƏL/FOTO

144037

Müğənni Vüqar Muradov dəhşətli qəza keçirib. 

Bu haqda sənətçi Bizim.Media-nın əməkdaşı ilə söhbətində məlumat verib. 

Qəzanı anbaan xatırlayan ifaçı ölümdən döndüyünü bildirib: 

"Uşaqlıqdan motosikletlərə çox böyük həvəsim var. Motosikleti olduqca sürətlə idarə etməyə sevirəm. Hadisə 10 gün əvvəl baş verib. Dostumun "Suzuki Hayabusa" model motosikletini sürürdüm. Sürət yüksək idi. Bu anda qarşıma iri tonnajlı "Kamaz" maşını çıxdı. Əgər özümü motosikletdən yerə atmasaydım, bu qəzadan sağ çıxmayacaqdım.  

Ayağımdan, çiynimdən, qolumdan ağır dərəcəli xəsarətlər almışam. Yeriməyimdə belə problem yaranıb. Bir sözlə kəfənimi yırtdım. Amma bu qəza mənə bir dərs oldu ki, nəqliyyat vasitəsini belə yüksək sürətlə idarə etmək olmaz. Motosikletlərə tövbə etdim. Birdə bu tip nəqliyyat vasitələrinin sükan arxasına əyləşməyəcəyəm"  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO