Dünyaca məşhur dizayner Vircil Ablonun vəfatında sonra “Louis Vuitton” lüks markanın yeni kişi geyimlərinin yaradıcı direktoru musiqiçi və prodüser Farel Uilliams elan edilib.
Bizim.Media xəbər verir ki, ötən gün Parisdə sözügedən brendin Yaz/Yay 2024 kolleksiyasını debüt şousu baş tutub.
Dəbdəbəli gecədə bir çox məşhur ulduzlar yer alıb. Onlar sırasında Beyonse və repçi həyat yoldaşı Jay-Z, Rihanna və repçi əri A$AP Rokki, Hollivud ulduzu Jared Leto və başqa populyar simalar olub.
Ulduzların əksəriyyəti dəb şousuna “Louis Vuitton”un yeni kolleksiyasında yer alan geyimlərdə qatılıblar. Yeni kolleksiyanın geyimlərində “piksel”dən ibarət naxışların yer alması diqqətdən qaçmayıb.
Rəşad Əliyev, Bizim.Media