Epinin xalasından AÇIQLAMA: “Qardaşı Səmanı

Epinin xalasından AÇIQLAMA: “Qardaşı Səmanı "TikTok"dakı şəklinə görə döyüb” – VİDEO 

Hazırda oxunan: Epinin xalasından AÇIQLAMA: “Qardaşı Səmanı "TikTok"dakı şəklinə görə döyüb” – VİDEO 

142395

Xəbər verdiyimiz kimi, 8 gündür itkin düşən Qarayeva Səma Sərdar qızının anası “Səni axtarıram” ictimai-sosial verilişinə pənah gətirərək, övladının tanınmış repçi Epi (Əkbər Novruzlu) tərəfindən qaçırıldığını iddia edib. 

Bizim.Media xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı sözügedən proqramın canlı efirinə Əkbərin xalası Zülfiyyə xanım zəng edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ana efirə çıxıb qızının repçi tərəfindən qaçırıldığını iddia edir – VİDEO 


Musiqiçinin xalası Əkbərin bu işdə əli olmadığını və Səmanın hazırda “Torqovı” ərazisində olduğunu açıqlayıb: 

“Hazırda Səma sağ və salamatdır. Şəhərdə, “Torqovı”dadır. Əkbər onu qaçırmayıb. Əkbər üçün deyilən kəlimələrin ona heç bir aidiyyəti yoxdur. Səma evdən çıxan gündən mənim bu mövzudan xəbərim var, çünki Əkbər mənə hər şeyi danışıb. Səmanın qardaşı “TikTok”da videosunu tapıb. Səma ilə dalaşıb.

Səma ona nalayiq söz dediyinə görə, qardaşı onu döyüb. Səma da bundan sonra əşyalarını toplayıb Nərimanov parkına gedib. Səma həmin ərazidə bir oğlana deyib ki, Əkbərin nömrəsini tap, zəng elə ona de ki, mən küçədə qalmışam. Əkbər də kənardan gəlib, baxıb görüb ki, bir qız oturub. O, Səmanı elə “Instagram”dan tanıyıb.

Ona yaxınlaşıb, Səma deyib ki, mən evə qayıtmayacağam. Əkbər də evə zəng vurub dedi ki, bu qızı atıblar evdən küçəyə, mən nə edim? Bəlkə, bu qıza iş tapaq, getsin işləsin. Biz də ona “Qətiyyən yox, qız uşağıdır, sabah sənin üstündə qalacaq. Getsin evinə, bu mövzuya qarışma” dedik. Bunların əlimdə sübutu da var.
Bundan sonra Əkbər onu “Gənclik”ə aparıb və əlaqəsini onunla kəsib. Onlar bundan sonra görüşməyiblər və Əkbər onu qaçırmayıb. Əkbər mənə zəng vurub söylədi ki, bəs indi mənə zəng vurub dedilər ki, “Səni axtarıram” verilişində səndən danışırlar. Səmanı da biraz əvvəl “Torqovı” ərasizində görmüşük. Əkbər evli deyil.

O bir qızı istəyib, amma alınmayıb. Burada nə var ki? Əkbərin rəsmi nikahı olmayıb. Səmanın başına nə iş gələ bilər ki? O, Əkbərlə deyil. Kameralar açılsın, baxılsın”. 

Proqramın gedişatında Səmanın anası ağlayaraq bildirib ki, ona qızının qaçırılmasında bir qadının əli olduğunu deyiblər. 

“O qadın elə sizsiniz. Mən zəhmətkeş qadınam. Nə olursa olsun, bu işin mükafatını Allah mənə verəcək. Mənim övladımı bu yola çəkənin Allah bəlasını versin. Gəlin efirə, görüm siz kimsiniz. Ondan sonra biləcəm, sizin qızımın qaçırılmasında əliniz var, yoxsa yox. Gözləyirik sizi”. 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO