“Avroviziya” təmsilçilərimiz bu geyimdə səhnəyə çıxacaq - FOTO

“Avroviziya” təmsilçilərimiz bu geyimdə səhnəyə çıxacaq - FOTO

Hazırda oxunan: “Avroviziya” təmsilçilərimiz bu geyimdə səhnəyə çıxacaq - FOTO

133736

Bu gün “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində ilk məşqlərini edən ölkə təmsilçilərimiz TuralTuranX-in (Tural və Turan Bağmanov) səhnə geyimi bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “12 xal” bloqu yayıb. 

Məlum olub ki, Avropa səhnəsinə əkiz qardaşlardan biri xardal, digəri isə bordo rəngli kostyumda səhnəyə çıxacaq. Onlar kostyumun altından isə sarı rəngli üzəri kiçik romb printli atlas materialından köynək geyinəcəklər.  
Təmsilçilərimiz ilk məşq çıxışlarında həmin geyimdə səhnə alıblar. 

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. 




















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO