Aparıcı Hüsniyyə Məhərrəmova “Formula 1” Azərbaycan Qran-Prisi 2023 çərçivəsində səhnə öncəsi hazırlıq məşqini keçirən müğənni Səmra Rəhimlini izləməyə gedib.
Bizim.Media xəbər verir ki, aparıcı həmin anları lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Hüsniyyə paylaşımına “Bu qız qan-qan deyir! Ayın 29-u bu qız partlayış edəcək.
Treklər, kostyumlar, xoreoqrafiya və super, dəli enerji!” sözlərini yazıb.
Qeyd edək ki, mötəbər yarış çərçivəsində keçiriləcək konsertdə Səmra Rəhimlidən başqa “Hiss” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Röya Məmmədova, xarici diceylər Don Diablo və “Hardwell”də yer alacaq.
Rəşad Əliyev, Bizim.Media