Martın 22-də Abşeron ərazisində saat 18:00-da radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dəcərəli bədən xəsarətləri alan Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu haqda aktrisanın həmkarı və yaxın dostu Vüsal Murtuzəliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
MÖVZU İLƏ BAĞLI:
Mehriban Zəki Oqtay Əliyevin ölümü ilə nəticələnən dəhşətli qəzadan DANIŞDI – “Dilarə ilə qışqırırdıq...”
Aktyor açıqlamasında bildirib ki, Xalq artisti özünü yaxşı hiss edir.
Qeyd edək ki, həmin qəzada Əməkdar mədəniyyət işçisi və "SOY" productionun təsisçisi, prodüser Oqtay Əliyev dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media