Şakira ona xəyanət edən Pikeyə: “Həyatdakı bütün xəyallar gerçəkləşmir” - FOTO

Şakira ona xəyanət edən Pikeyə: “Həyatdakı bütün xəyallar gerçəkləşmir” - FOTO

Hazırda oxunan: Şakira ona xəyanət edən Pikeyə: “Həyatdakı bütün xəyallar gerçəkləşmir” - FOTO

123149

Dünya pop səhnəsinin ulduzu Şakira keçmiş sevgilisi və iki övladının atası futbolçu Jerar Pikedən danışıb.  

Bizim.Media xəbər verir ki, “El punto” nəşrinə müsahibəsində müğənni sevgilisinin 23 yaşlı Klara Çia Martini ilə ona xəyanət etməsindən bəhs edib. 

Şakira bildirib ki, uşaqlarına həm atası, həm də anası olacaq böyük bir ailə arzusunda olub: 

“Ancaq həyatdakı bütün xəyallar gerçəkləşmir, baxmayaraq ki, həyat sizinlə birtəhər düzəliş etmək üçün bir yol tapır. Düşünürəm ki, sevgisi məni hər gün bürüyən iki gözəl uşaq sayəsində daha çox mükafatlandırıldım”. 

Qarşılaşdığı çətinliklərdən sonra Şakira özünü kifayət qədər iradəli hiss edir və keçmiş ərinə və onun yeni ehtirasına həsr etdiyi mahnı ilə sadəcə olaraq əsəbilərini sakitləşdirir:

“Əgər mahnılarla özümü ifadə etmək imkanım olmasaydı, düşünürəm ki, indi tamamilə fərqli olardım”. 

Müğənni əmindir ki, səs ona başqa qadınların - danışmağa gücü çatmayanların adından danışmaq üçün verilib: 

“Başqalarına dəstək verməyən qadınlar üçün cəhənnəmdə yer var” deyən Şakira ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytdan sitat gətirib və əlavə edib ki, yenidən çətinliklərlə üzləşsə belə, yeni həyat mərhələsinə hazırdır.  

Qeyd edək ki, 46 yaşlı Şakira və 36 yaşlı Pike 11 illik sevgi münasibətlərini sonlandırıblar.

Cütlüyün bu illər ərzində iki oğlan övladı doğulub. Futbolçu isə Şakiraya 23 yaşlı Klara Çia ilə xəyanət edib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO