Türkiyəli aşpaz ağlayaraq YARDIM İSTƏDİ: “Vəziyyət olduqca pisdir” - VİDEO

Türkiyəli aşpaz ağlayaraq YARDIM İSTƏDİ: “Vəziyyət olduqca pisdir” - VİDEO

Hazırda oxunan: Türkiyəli aşpaz ağlayaraq YARDIM İSTƏDİ: “Vəziyyət olduqca pisdir” - VİDEO

118983

“İndi mağazaya gəldim. Hazırlıqlarımız davam edir. Hataya, Adıyaman və Maraşa tırlarımızı yollayacağıq. Yolların vəziyyətindən bixəbərik, amma onlara yardımımızı göndərəcəyik. Kaş ki, hazır təyyarə olsaydı, yardımızı aparardıq, amma indi bu yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aşpazı Burak Özdemir sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

Hazırda çoxsaylı insanın yardıma ehtiyacı olduğunu söyləyən aşpaz göz yaşı içində soydaşlarına səslənərək mümkün dərəcədə onlara yardım etmələrini xahiş edib.

“Bişirdiyimiz çörəkləri göndərəcəyik. Çox xahiş edirəm, hamı əlindən gələn köməyi etsin. Dünəndən mənə çox mesaj gəlir. İnanın ki, heç nə edə bilmirəm (ağlayır). Çünki orada deyiləm. Bilmirəm, necə olacaq? Ümid edirəm ki, hər kəs dağıntılar altından sağlam çıxa biləcək.
Xahiş edirəm, yardımlarınızı əsirgəməyin. Hazırda dağıntılar altında çox sayda insan var. Həqiqətən vəziyyətləri olduqca pisdir. Bir sıra mesajlar gəlir. Amma heç nə edə bilmirik. Lütfən hər kəs əlindən gələni etsin”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO