Məşhur türk aktyor: “Ailəm dağıntılar altında qalıb” – VİDEO

Məşhur türk aktyor: “Ailəm dağıntılar altında qalıb” – VİDEO

Hazırda oxunan: Məşhur türk aktyor: “Ailəm dağıntılar altında qalıb” – VİDEO

118930

Türkiyə zəlzələsində məşhur türkiyəli aktyor Uğur Aslanın ailəsi dağıntılar altında qalıb.

Bizim.Media Haber Global-a istinadən xəbər verir ki, o, Hatayda ailə üzvlərinin yarısının dağıntılar altında olduğunu bildirib:

“Qardaşım, həyat yoldaşı, qardaşımın uşaqları, təəssüf ki, dağıntılar altındadırlar. Biz artıq onları itirdiyimizi sanırıq”.

Sənətçi hadisəyə sürətlə müdaxilə olunacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 3 381 nəfər həlak olub, 20 426 nəfər yaralanıb. Son məlumatlara görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO