Lalə itirdiyi atasını ANDI - VİDEO 

Lalə itirdiyi atasını ANDI - VİDEO 

Hazırda oxunan: Lalə itirdiyi atasını ANDI - VİDEO 

118127

Əməkdar artist Lalə Məmmədova ötən ay dünyasını dəyişən atası Nadir Məmmədovla bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi mərhum valideyni ilə çəkilən fotoları video şəklində düzəldərək sosial şəbəkə hesabında yayımlayıb.  

Lalə izləyiciləri ilə bölüşdüyü görüntülərə “Ata” qısa şərhini yazıb.  

Xatırladaq ki, Lalə Məmmədova bir müddət əvvəl müsahibəsində valideyni N. Məmmədovun “Altsheymer” xəstəliyindən əziyyət çəkdiyi bildirmişdi.

Əməkdar artistin sözlərinə görə, son üç ildə yaddaşını itirən atası hətta onu belə tanımırdı.    

Qeyd edək ki, Əməkdar artistin atası 1982-ci ildən Bakı Dövlət Universitetində çalışıb. O, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professoru olub.    

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO