Dubaya köçən azərbaycanlı bloqer lüks otel nömrəsini GÖSTƏRDİ - FOTO/VİDEO

Dubaya köçən azərbaycanlı bloqer lüks otel nömrəsini GÖSTƏRDİ - FOTO/VİDEO

Hazırda oxunan: Dubaya köçən azərbaycanlı bloqer lüks otel nömrəsini GÖSTƏRDİ - FOTO/VİDEO

116346

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Dubaya köçüb. 

Bizim.Media xəbər verir ki, bu haqda Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb. 

“Mənzillərdə yaşayırdım. Lakin mənzildə yaşamaq mənim üçün rahat deyil. Buna görə də, qərar verdim ki, oteldə yaşayacağam. Birincisi otel otağını hər gün təmizləyirlər. İkincisi səhər, günorta və axşam yeməyini otel otağına gətirirlər. Hazırda çəki kütləmi artırdığıma görə, çox qida qəbul etməliyəm.
Üçüncüsü isə anladım ki, otellərdə olan atmosferi sevirəm. Subay olduğum faktı nəzərə alaraq, belə yaşamaq  mənim üçün çox rahatdır.

Məhz bu səbəbdən mənə rahat olan Dubayda bir otel seçdim. Burada olduğum müddətdə  “Rixos Premium Dubai JBR” otelində yaşayacağam”, - deyə Həsənov bildirib.

O daha sonra kirayələdiyi lüks otel nömrəsinin görüntülərini çəkərək izləyiciləri ilə bölüşüb.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO