Əməkdar artist Bəhram Bağırzadənin “rayonlu-şəhərli” açıqlaması cəmiyyət və incəsənət nümayəndələri arasında birmənalı qarşılanmayıb.
Fəlsəfə doktoru Rəşid Mahmudovun “Mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər” fikirləri isə Xalq artisti Brilliant Dadaşovanı “cin atına mindirib”.
Bizim.Media xəbər verir ki, sənətkar R.Mahmudovun sosial şəbəkələrdə yayılan şərhinə sərt şəkildə reaksiya bildirib.
Xalq artisti B. Bağırzadənin dilə gətirdiyi fikirlərinin təhrif olunduğunu və bu səbəbdən R.Mahmudovun sözügedən məsələyə doğru yanaşmadığını yazıb:
“Bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər? Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan bu nə sözbazlıqdır yayırsız? Bu ataya Bəhramın sözlərini kim tərs-məssəb anladıb? Bakı hamımızın gözəl paytaxtı, canımızdır.
Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdının? Musa Nağıyevin? Yusif Dadaşovun? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan və bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:33 / 17.01.2023
Brilliant: “Bəhramın “rayonlu-şəhərli” fikirləri təhrif olunub” - FOTO
Hazırda oxunan: Brilliant: “Bəhramın “rayonlu-şəhərli” fikirləri təhrif olunub” - FOTO
Hazırda oxunan: Brilliant: “Bəhramın “rayonlu-şəhərli” fikirləri təhrif olunub” - FOTO
115181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.