Mərhum Firəngiz Rəhimbəyovanın analığı ÜZƏ ÇIXDI - VİDEO 

Mərhum Firəngiz Rəhimbəyovanın analığı ÜZƏ ÇIXDI - VİDEO 

Hazırda oxunan: Mərhum Firəngiz Rəhimbəyovanın analığı ÜZƏ ÇIXDI - VİDEO 

111592

Mərhum müğənni və aktrisa Firəngiz Rəhimbəyovanın analığı Sona Rəhimbəyova "Günaydın, Azərbaycan!" səhər şousunda üzə çıxıb.

Bizim.Media xəbər verir ki, sənətçinin analığı hazırda qocalar evində yaşadığını açıqlayıb.

"Həyat yoldaşım rəhmətə gedəndən sonra, kirayə qaldım. Sonra bacım dedi ki, səni elə yerə göndərək rahat olasan: nə bişirəsən, nə iş görəsən. 7 ildir burada yaşayıram. Firəngiz dedi ki, gəl, Amerikaya, otaq verək yaşa.

Dedim ki, burada doğulmuşam, burada qalacağam. Onunla sonuncu dəfə avqustda danışmışam. Elə bir qadın idi ki, hamıya yaxşılıq edirdi. Eşitdim ki, rəhmətə gedib, üç gün özümə gələ bilmədim. Onu Amerikada dəfn ediblər. Məzarını ziyarət etmək mənə çətin olar".
Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustda ABŞ-da ürəktutmasından dünyasını dəyişib. O, 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurmuşdu. Firəngizin Raisa adlı qızı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO