Rusiyada qəzada ölən azərbaycanlı müğənni ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Rusiyada qəzada ölən azərbaycanlı müğənni ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Hazırda oxunan: Rusiyada qəzada ölən azərbaycanlı müğənni ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

110578

Xəbər verdiyimiz kimi, Reyhan adlı azərbaycanlı müğənni Rusiyada avtomobil qəzasında dünyasını dəyişib.

Bizim.Media-nın əməkdaşı sözügedən xəbəri sosial şəbəkə hesabında yayan aparıcı və aktyor Sərxan Kərəmoğlu ilə əlaqə saxlayıb.

Aktyor bildirib ki, qəza dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verib.

“Avtomobildə dörd nəfər olub. Reyhan xanım və üç nəfər isə musiqiçi olub.  Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərə görə vəfat edib. Reyxan xanım 30 ildir ki, Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin”, - deyə S.Kərəmoğlu vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO