“Sənətin zirvəsini görən bacım... Teatr və kino günəşi olan Amaliya Pənahova. Sənsiz çox darıxıram. “Amaliya xanıma bir zəng edim” dediyim günlər üçün çox darıxıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sərxan mərhum Xalq artisti Amaliya Pənahova ilə illər əvvəl çəkilmiş fotosunu yayımlayaraq, onunla bağlı xatirələrini dilə gətirib.
“Aramızda saf, təmiz və maddiyatsız, səmimi, sənli-mənli bir dostluq var idi. Amaliya xanım bu şəkli çəkdirdiyimiz gün mənə xəstəliyi ilə baglı məlumat vermişdi. Hələ ailəsinin bir çox üzvü onun xəstə olduğunu bilmirdi. Bu, bizim sirrimiz idi. Nə qədər dəyanətli və dözümlü biri idi, Allahım. Mən bu xanımdan çox şey öyrəndim. Həyatı və yaradıcılığı bir məktəb idi. Bəzən Amaliya xanım haqqında nəsə yazılanda, bir-birimizə baxıb gülürdük. Deyirdi ki, indi görəsən bu yazan adam heç bilir kimdən nə yazır? Həqiqətən zirvədə olan xanım idi”.
Qeyd edək ki, Amaliya Pənahova 2018-ci ildə 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:14 / 16.12.2022
Sərxan: “Amaliya Pənahovanın ailəsi onun xəstəliyini bilmirdi” - FOTO
Hazırda oxunan: Sərxan: “Amaliya Pənahovanın ailəsi onun xəstəliyini bilmirdi” - FOTO
Hazırda oxunan: Sərxan: “Amaliya Pənahovanın ailəsi onun xəstəliyini bilmirdi” - FOTO
109924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.