Ember Deppə qarşı apellyasiya şikayəti verib - FOTO

Ember Deppə qarşı apellyasiya şikayəti verib - FOTO

Hazırda oxunan: Ember Deppə qarşı apellyasiya şikayəti verib - FOTO

107905

Dünyaca məşhur aktrisa Ember Herdin vəkillərinin Conni Deppə qarşı 68 səhifəlik yeni apellyasiya şikayəti verdiyi açıqlanıb. 

Bizim.Media “The New York Times” nəşrinə instinadən xəbər verir ki, Herdin vəkilləri məhkəmə prosesinin doğru olmadığını iddia edərək bir neçə dəfə ali orqana müraciət ünvanlayıblar.

Onlar həmçinin hakimin bəzi sübutları, o cümlədən o dövrün terapevtlərinin qeydlərini, sui-istifadə iddialarını sənədləşdirdiklərini istisna etmək qərarına etiraz ediblər.  

Qeyd edək ki, iyunun əvvəlində andlılar yekdilliklə Conni Deppə qarşı məhkəmədə Ember Herdi təqsirli bilib və ona 15 milyon dollar məbləğində təzminat ödəməyi göstəriş verib.
Lakin bəndlərdən birində Emberin əks iddiasına görə, o, Conni Deppdən iki milyon dollar almalı idi. Bundan sonra aktyor birinciyə qarşı diffamasiya (xarakterli məlumatların yayılması – red.) hökmündən apellyasiya şikayəti verib. 

Rəşad Əliyev, Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO