"Best Model of Azerbaijan 2022”nin QALİBLƏRİ - FOTO/VİDEO

Hazırda oxunan: "Best Model of Azerbaijan 2022”nin QALİBLƏRİ - FOTO/VİDEO

107897

Ötən axşam “Best Model of Azerbaijan 2022” müsabiqəsinin final mərhələsi keçirilib.   

Bizim.Media xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan yarışmada 14 iştirakçı “Best Model of Azerbaijan 2022” uğrunda mübarizə aparıb. 

Münsiflər heyətində isə bir sıra yerli məşhurlarla yanaşı “Best Model” müsabiqənin təsisçisi, türkiyəli iş adamı Erkan Özerman da yer alıb. 
Tədbirin sonunda münsiflər heyətinin verdiyini qərara əsasən, bəylərdən Natiq Xələfov xanımlardan isə Liza Uzun birinci yerə layiq görülüb. 

Yarışmadan çəkilən fotoları aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. 

“Best Model of Azerbaijan 2022” qalibləri dünyanın qırxdan çox ölkəsinin təmsilçilərinin iştirakı ilə dekabrın 16-da İstanbulda keçiriləcək 35-ci “Best Model of the World” müsabiqəsinin finalında Azərbaycanı təmsil edəcək. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO