Xəstəxanaya yerləşdirilən Mahir Cürətin VƏZİYYƏTİ necədir? – ÖZƏL

Xəstəxanaya yerləşdirilən Mahir Cürətin VƏZİYYƏTİ necədir? – ÖZƏL

Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Mahir Cürətin VƏZİYYƏTİ necədir? – ÖZƏL

107274

Xəbər verdiyimiz kimi, məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürətin səhhətində ciddi problem yarandığından M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Sənətkarın hazırki sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı Mahir Cürətlə əlaqə saxlayıb.

Telefonun dəstəyini qaldıran qəzəlxanın oğlu İsgəndər valideyninin həkim nəzarətində olduğunu və müayinələrdən keçdiyini açıqlayıb.

“Atamın səhhəti ağır olaraq qalır. Ayrı-ayrılıqda ürəyi, ciyərləri, böyrəkləri, ayaqları, eyni zamanda damarları da yoxlanışdan keçib. Analizlərini laboratoriyaya vermişik, cavabları isə sabah açıqlanacaq. Bundan sonra atamın xəstəliyi bilinəcək. Hazırda həkimin yanından sizinlə danışıram. Onun ayaqlarını müayinə edir. Dəqiq məlumat isə sabah olacaq. Atamın səhhəti ilə bağlı o qədər şikayəti var ki... Hansını deyəsən?”, - deyə M.Cürətin oğlu İsgəndər bildirib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO