Şəbnəm Tapdıqla Mətanət arasında QALMAQAL: “Mənimlə ad söhbəti edirsiniz” - VİDEO 

Şəbnəm Tapdıqla Mətanət arasında QALMAQAL: “Mənimlə ad söhbəti edirsiniz” - VİDEO 

Hazırda oxunan: Şəbnəm Tapdıqla Mətanət arasında QALMAQAL: “Mənimlə ad söhbəti edirsiniz” - VİDEO 

106145

“Xəzər axşamı” şousunun canlı efirində verilişin aparıcısı Mətanət Əliverdiyeva ilə proqramda qonaq olan Əməkdar artist Şəbnəm Tapdıq arasında qalmaqal yaşanıb.  

Bizim.Media xəbər verir ki, tərəflər arasında yaşanan gərginliyə səbəb efirdə nümayiş olunan "Şəbnəm adı deyiləndə ağlınıza hansı müğənni gəlir?" sualı ilə paytaxt sakinləri arasında keçirilən sorğu olub.  

Sorğuda iştirak edənlərin əksəriyyətinin “Şəbnəm Tovuzlu” cavabını verməsi, öz adını eşitməyən Şəbnəm Tapdığı qəzəbləndirib. Müğənni “Buna nə ehtiyac var idi? Məqsəd nədir?

Bu, qurulmadır”, deyərək aparıcıya etirazını bildirib.  

Mətanət isə “Sizin inciməyə haqqınız yoxdur”, söyləyərək Ş.Tapdığı sakitləşdirməyə çalışıb.  

Lakin Əliverdiyevanın bu sözlərindən daha da əsəbiləşən Şəbnəm Tapdıq “Mən verilişə gələndə qəsdən Şəbnəm Əsədova (Tovuzlu - red.) adı çəkilməlidir.

Siz o xanımı təbliğ edirsiz, xoşuma gəlmədi... Heç hənanın yeridir? Mənimlə ad söhbəti edirsiz. Onun əsl adı Aygündür, Aygün Əsədova. Anasının mənim adımdan xoşu gəlib, Şəbnəm adını verib. İnsanlar çox gözəl başa düşəcək ki, bu qurulmadır”, deyə bildirib.  

Qarşı tərəfin dönə-dönə səsləndirdiyi "Bu süjet quramadır", sözləri Mətanət Əliverdiyevanı özündən çıxarıb. Aparıcı üzünü tamaşaçılara tutaraq “Bizim verilişdə qurulma ola bilməz, fikriniz başqa yerə getməsin”, - deyə, vurğulayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO