Estetik əməliyyat keçirən Elnarənin SƏSİ BATDI - VİDEO

Estetik əməliyyat keçirən Elnarənin SƏSİ BATDI - VİDEO

Hazırda oxunan: Estetik əməliyyat keçirən Elnarənin SƏSİ BATDI - VİDEO

104395

“Estetik əməliyyatlar edənlərdən deyiləm. Mən gözəl deyiləm. Fikirləşdim ki, mən də hamı kimi üzümə nələrsə edib. Gözlərimin ətraflarına dolğular etdim. Ondan sonra səsim batdı. Sağ olsun həkimim, səs tellərimi müalicə etdirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

Estetik əməliyyatdan sonra səs tellərində problemlər yarandığını bildirən sənətçi, bir daha gözəllik prosedurlarından istifadə etməyəcəyini dilə gətirib.

“Estetik əməliyyat keçirən həmkarlarıma deyirəm ki, oranızı kəsdirib, buranıza yapışdırırsınız. Bunu siz necə edirsiniz? Çox möcüzəlidir. Deyirəm ki, bunların canı bu qədər əməliyyatlara necə tab gətirir.
Ağlıma gəlməzdi ki, mən də hansısa estetik proserdurlar edərəm. Səs tellərimi düzəldən həkimimə deyirəm ki, bir də qələt edərəm, hansısa estetik prosedur edərəm. Sizə söz verirəm”, - deyə E.Abdullayeva bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO