Hacıbalanın

Hacıbalanın "xoruz"u

Hazırda oxunan: Hacıbalanın "xoruz"u

42026


Ötən gün Bakının meri Hacıbala Abutalıbov “Sovetski”-də vətəndaşlarla görüşündə növbəti xoruzunu buraxdı. Əslində bu xoruz Quba hadisələrinin baş verməsinə səbəb olan Qubanın keçmiş icra başçısının, eləcə İsmayıllı hadisələrinə səbəb olmuş harınlamış nazir balasının buraxdığı xoruzdan da böyük idi. O qədər böyük idi ki, iki gündür sosial şəbəkələr, mətbuat orqanları bu xoruzdan danışır. Xoruz o qədər böyük idi ki, hətta YAP-dan belə münasibət gəldi. Özü də kimdən-kimdən, bu yaxınlarda Fazil Qəzənfəroğlundan “Adamyeyənlər” yazısına görə parlamentdə xalqdan üzr istəməsini tələb edən YAP-çı deputat Siyavuş Novruzovdan. Söz yox ki, Fazil bəy də onun cavabını heç də pis vermədi... Merin dediklərini yozan YAP funksioneri deyib: “Bunu başqa istiqamətə yönəldirlər? Bu gün Azərbaycan adından danışmaq, ölkəni təmsil hüququnu xalqımız prezident İlham Əliyevə həvalə edib. Hacıbala müəllim səsləndirdiyi fikirdə bunu demək istəyir. Hər bir fikri başqa istiqamətə yönəltmək müxalifətin peşəsidir ”. Necə deyərlər, cin başqa şeytan başqa, Siyavuş müəllim... Hacıbala müəllim deyir ki, Azərbaycanda kişi yoxdur. Bir kişi var, o da dövlət başçısıdır... Bəyəm camaat çörəyi qulağınamı yeyir? Quba hadisəsinin, eləcə də İsmayıllı hadisəsinin səbəbi elə insanların təhqir olunması deyildimi? O harınlar bir bölgənin əhalisini təhqir etmişdisə, merin sözündə bütün Azərbaycan xalqına, eləcə də, yuxarıdan aşağı bütün dövlət məmurlarına çatacaq təhqir var. Özü də elə təhqir ki, tam mentalitetimizə zidd olan. Quba və İsmayıllı hadisələri göstərdi ki, xalq bütün məhrumiyyətlərə, zülmlərə və özbaşınalıqlara, hətta mülkiyyətinin əlindən alınmasına belə dözər, amma həssas yeri olan mentalitetimizin qəbul etmədiyi şəkildə təhqir olunmasına, qürurunun sındırılmasına - bir sözlə heysiyyətinə toxunmağa dözməz. Mer cənabları bu sözü işlətməklə nə demək istədiyini özü yaxşı bilir. O, bu ifadəni işlətməklə belə bir mesaj da verə bilər ki, bu qədər haqsızlıq, ədalətsizlik, özbaşınalıq olan yerdə etiraz etmirsinizsə, deməli kişi deyilsiniz? Qalxın!!! Bu sözlərdən sonra cənab mer ya çıxıb xalqdan üzr istəməli, ya psixoloji testdən keçirilməlidir”.


Elman Abbasov

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO