Bakının kriminal xəbərləri

Bakının kriminal xəbərləri

Hazırda oxunan: Bakının kriminal xəbərləri

36333
Bakı Şəhər BPİ paytaxtda baş verən kriminal hadisələr barədə xəbər yayıb. Moderator.az həmin xəbərləri təqdim edir: 

Noyabrın 5-də Sabunçu qəsəbəsində Bakı şəhər sakini Famin Ramaldanov qarın nahiyyəsindən aldığı bıçaq xəsarətilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsindəhadisəni törətməkdə şübhəli bilinən F.Ramaldanovun baldızı, Bakı şəhər sakini Günay Hacıyeva tutulub. 

Noyabrın 4-də Biləcəri qəsəbəsi A.Şəmşir küçəsində Naxçıvan şəhər sakini Yaşar Qurbanov bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mürsəl Fərquzadov tutulub. 

İyulun 12-də Plotnikov küçəsində yerləşən evlərdən birində kirayəşin yaşayanlar - Ruslan Məmmədov, Ağalar Mərufov və Elvin Qüdrətov 18-ci PB-yə ərizə ilə müraciət edərək bildiriblər ki, iyunun 11-də onlarla bir mənzildə yaşayan Elmar Mərufov R.Məmmədovun 1000 manatını, A.Mərufovun və E.Qüdrətovun mobil telefonlarını oğurlayıbr. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Elmar Mərufov tutulub. 

Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanYeganə Mehdiyeva tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO