Azərbaycanda 20 manat və siqaret oğurlayana 10 il həbs verildi

Azərbaycanda 20 manat və siqaret oğurlayana 10 il həbs verildi

Hazırda oxunan: Azərbaycanda 20 manat və siqaret oğurlayana 10 il həbs verildi

154771
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Kənan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə K.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Bayramov Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə təqsirləndirilir.

Hadisə 2015-ci ilin noyabr ayında baş verib. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də şəhər sakini Salman Əliverdiyevə məxsus mağazadan 20 manat və tütün məmulatını soyğunçuluq yolu ilə aparan həmyerlisi Kənan Bayramov tutulub.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO