2013 ”“ cü ildən bu yana Cəlilabad rayonunda kütləvi heyvan oğurluğu ilə məşğul olan rayonun Uzuntəpə kənd sakinləri Həsənov Xaləddin Ağaverdi oğlu, Hüseynov Hüseyn Röfşən oğlu və Qardaşxanov Elvin Kərəm oğlu olduğu müəyyən edilib.
Adı çəkilən şəxslər rayonda silsilə oğurluq hadisələri törətədərək rayon sakinlərinin heyvanlarını oğurlayaraq kənd sakinlərinə külli miqdarda maddi ziyan vurublar. Bu ilin yanvar ayında adı çəkilən şəxslər rayon polisi tərəfindən həbs edilib.
Rayonun Söyüdlü kənd sakini zərərçəkmiş Ağayev Hidayət İsgəndər oğlunun Moderator.az ”“ a verdiyi məlumata görə hal ”“ hazırda məhkəmədə rayonun 10 kənd sakini iştirak edərək, onlara dəymiş maddi ziyanının ödənilməsini tələb edirlər.
Xatırladaq ki, zərərçəkmişlərdən Ağayev Hidayət İsgəndər oğluna təyin edilmiş 3960 manat maddi ziyanın 1200 manatı həbs edilən şəxslərin valideynləri tərəfindən ödənilsə də, yerdə qalan məbləğ hələ ki, ödənilməyib. Zərərçəkmişlər məhkəmənin çıxaracağı ədalətli qərarı gözləyirlər.
Vasif Əlihüseyn
































































































