Azərbaycan və Rusiya arasında daha bir Anlaşma imzalandı - FOTO

Azərbaycan və Rusiya arasında daha bir Anlaşma imzalandı - FOTO

Hazırda oxunan: Azərbaycan və Rusiya arasında daha bir Anlaşma imzalandı - FOTO

93301

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Rusiyanın Federal Antiinhisar Xidməti ilə rəqabət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, sənədi qurumun rəisi Məmməd Abbasbəyli və Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar. Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.
Dövlət Xidmətinin nümayəndələri həmçinin, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 53-cü iclasında da iştirak ediblər.

Tədbirdə Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev “Haqsız rəqabət sahəsində hüquqi-praktiki təcrübələr” mövzusunda təqdimatla çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO