Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 235,3 milyon manat kredit verilib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 6,2 % artaraq 193,6 milyon manata çatıb.
Ötən 7 ayda İKZF istiqraz buraxmaqla 130 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2 dəfə artaraq 71,4 milyon manata çatıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:53 / 22.08.2022
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2% artıb
Hazırda oxunan: Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2% artıb
Hazırda oxunan: Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2% artıb
89795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.