"Azərbaycan Sənaye Korporasiyası"na məxsus 5 şirkət birləşdirildi

Hazırda oxunan: "Azərbaycan Sənaye Korporasiyası"na məxsus 5 şirkət birləşdirildi

88710

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Xidmət”, “ASK İnşaat”, "ASK Turizm", "ASK Şəki Kərpic", "ASK Poliqrafiya" MMC-lər birləşdirilib. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. 

Məlumata görə, həmin şirkətlər bundan sonra "ASK Xidmət"in adı altında fəaliyyət göstərəcəklər. Odur ki, həmin şirkət yenidən təşkil olunacaq. 

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO