Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirildi - VİDEO

Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirildi - VİDEO

Hazırda oxunan: Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirildi - VİDEO

87866

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib. 

Məlumata görə, avtomobillərə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3 500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6 035 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir. 

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: //clck.ru/sXJT9 

Növbəti hərraclar 16, 23, 30 avqust tarixində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılacaq. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO