AZAL-ın gəlirləri 32 dəfə artdı

AZAL-ın gəlirləri 32 dəfə artdı

Hazırda oxunan: AZAL-ın gəlirləri 32 dəfə artdı

86452

2022-ci ilin ilk yarısında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ixrac gəlirləri 1,8 milyon dollara çatıb.

Bizim.Media “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 dəfə çoxdur. Belə ki, 2021-ci ilin birinci yarısında AZAL-ın gəlirləri 56,1 min manat olub.

Qeyd edək ki, ötən ilin ilk yarısında pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər dövlət şirkətinin gəlirlərini də azaltmışdı. Bu ilin birinci yarısı üzrə müqayisədə nəzərə çarpan kəskin artım da bununla bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO