Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq və icra olunacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, dövrün sonuna turizm üzrə daxilolmaların 20% artması planlaşdırılıb. Bununla da turizmin qeyri-neft/qaz ÜDM-də xüsusi çəkisinin artması nəzərdə tutulub.
Həmçinin, daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb.
Hazırda turizm mövsümü 4 ay hesab edilir. Qeyri-mövsüm dövründə turizmin təşviqinə dair təkliflərin həyata keçiriləcək. Dövrün sonuna qeyri-mövsüm müddətinin 15% azalması nəzərdə tutulub. Beləliklə, Qeyri-mövsüm dövründə turizmin turizm gəlirlərində xüsusi çəkisi artırılacaq.
Eyni zamanda ölkənin müxtəlif şəhər və rayonlarında dövlət‒özəl tərəfdaşlığı çərçivəsində əcnəbi vətəndaşlara tibbi turizm çərçivəsində xidmət göstərən tibb müəssisələrinin sayı artırılacaq. Planın əsas icraçısı Səhiyyə Nazirliyi, aidiyyəti qurumlar isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyidir.
Proqram 2022-2026-cı illəri əhatə edəcək.
Dövrün sonuna 2 tibb müəssisəsinin “Joint Comission İnternational” akkreditasiyasını əldə etməsi, Azərbaycanın Medical Tourism İndex (MTİ) üzrə reytinq cədvəlinə daxil olması və nəticədə tibbi turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:55 / 22.07.2022
Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq
Hazırda oxunan: Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq
Hazırda oxunan: Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq
84900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.