Azərbaycanda dizel generatoru istehsalına başlandı

Azərbaycanda dizel generatoru istehsalına başlandı

Hazırda oxunan: Azərbaycanda dizel generatoru istehsalına başlandı

84658

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC Azərbaycanda ilk dəfə olaraq dizel generatorlarının istehsalına başlayıb.

İZİA-dan Bizim.Media-ya bildirilib ki, şirkət tərəfindən ilkin olaraq iki model - 27,5 kVA və 55 kVA dizel generatorları istehsal edilir. 

Yaxın vaxtlarda modellərin sayının artırılması nəzərdə tutulur. Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır. 

Qeyd edək ki, “STP” MMC-yə 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. İnvestisiya dəyəri 673 milyon ABŞ dolları olan müəssisədə 2300 nəfərdən artıq insan daimi işlə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO