Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Hazırda oxunan: Bu rayonlarda qaz olmayacaq

83360

“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin məlumat verilib. 

Qeyd olunub ki, 13.07.2022-ci il tarixdə saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
14.07.2022-ci il tarixində saat 09:00-dan 2 (iki) gün müddətində Tovuz rayonunun tam olaraq, həmçinin 15.07.2022-ci il tarixdən 2 (iki) gün müddətində Tovuz rayonunun bir hissəsinin, 14.07.2022-ci il tarixdə saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO