"Hamı yeni mənbələr axtarır" - Macar nazir Bakı forumunda

Hazırda oxunan: "Hamı yeni mənbələr axtarır" - Macar nazir Bakı forumunda

77305

Macarıstanın xarici işlər naziri Peter Piyatro Azərbaycana səfərə gəlib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” hesabında yazıb. 

Diplomat Bakı Enerji Forumunda iştirak edəcək: “Beynəlxalq siyasətin birinci, ikinci və üçüncü mühüm mövzuları enerji təhlükəsizliyi məsələləridir. İstər təbii qaz, istər neft olsun, hamı yeni mənbələr axtarmağa çalışır”. 

Onun sözlərinə görə, Bakı Enerji Forumunda həmçinin Rumıniya, Serbiya, Türkiyə, Bolqarıstan və Qazaxıstanın XİN başçılarının iştirakı gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO