Brent neftinin qiyməti 54 dollara qalxdı

Brent neftinin qiyməti 54 dollara qalxdı

Hazırda oxunan: Brent neftinin qiyməti 54 dollara qalxdı

7507

26 fevral 2020-ci ildən bəri ilk dəfə Brent markalı neftin bir barelinin qiyməti 54 dollardan yuxarı qalxıb.

Bizim.Media xəbər verir ki, bu da bir gün əvvəl OPEC + razılaşmasının əldə edilməsindən sonra mümkün olub.

Mənbə yazır ki, Brentin mart fyuçersləri bu gün səhərə yaxın 0,92% bahalaşaraq 54,02 dollara qalxıb.

WTI neftinin fevral fyuçersləri 0,4% yüksələrək 50,12 dollar olub.

RİA Novosti agentliyi  bunu ticarət məlumatlarına istinadən yayıb.

Xatırladaq ki, OPEC + ölkələri dünya neft hasilatının tarazlaşdırılması barədə uğursuz cəhddən sonra dünən 2021-ci ilin fevral və mart ayları üçün razılaşma şərtlərinə dair razılığa gələ biliblər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO