Rusiyanın Milli Rifah Fondundakı ümumi ehtiyatları may ayında əvvəlki ayla müqayisədə 15,3 faiz azalaraq, 11 trilyon rubla olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada ölkənin pensiya sistemini dəstəkləmək üçün fəaliyyət göstərən Milli Rifah Fondundakı ümumi ehtiyatların aprelin 1-i ilə müqayisədə mayın 1-də 13 trilyon rubldan 11 trilyon rubla düşdüyü bildirilib.
Sözügedən həcmin Rusiyanın ümumi daxili məhsulunun 8,3 faizinə, xarici valyutada isə 155 milyard dollara bərabər olduğu vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
03:29 / 17.05.2022
Rusiyanın ehtiyatları 2 trilyon azaldı
Hazırda oxunan: Rusiyanın ehtiyatları 2 trilyon azaldı
Hazırda oxunan: Rusiyanın ehtiyatları 2 trilyon azaldı
74681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.