Sumqayıtda yeni istehsal sahəsi yaradıldı

Sumqayıtda yeni istehsal sahəsi yaradıldı

Hazırda oxunan: Sumqayıtda yeni istehsal sahəsi yaradıldı

72779

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Çinar-Servis” İKF qeydiyyata alınıb. Sənaye Parkının rezidentlərinin sayı 28-ə çatıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Bizim.Media-ya bildirilib ki, “Çinar-Servis” İKF Sənaye Parkının 1,5 hektar ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.

İnvestisiya həcmi 13,3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO