Banklar üzrə ekspert deputata ƏSƏBİLƏŞDİ: “Tahir Kərimli boş-boşuna danışır”

Banklar üzrə ekspert deputata ƏSƏBİLƏŞDİ: “Tahir Kərimli boş-boşuna danışır”

Hazırda oxunan: Banklar üzrə ekspert deputata ƏSƏBİLƏŞDİ: “Tahir Kərimli boş-boşuna danışır”

71514

“Tahir Kərimlinin populizmə hesablanmış bu təklifi real deyil, ucuz şöhrət qazanmaq xatirinə boş-boşuna danışır”.

Bunu Bizim.Media-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov Milli Məclisin deputatı Tahir Kərimlinin bank kreditlərinin illik faiz dərəcəsinin kəskin ucuzlaşdıraraq, hazırkı 20 faizdən 5-6 faizə qədər endirilməsi təklifinə münasibət bildirərkən deyib. 

Ə. Həsənov qeyd edir ki, T. Kərimlinin təklifi indiki reallıqlar şəraitində mümkün deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə TƏKLİF: “Faiz dərəcələrini aşağı endirək, cərimələri ləğv edək”


“Bazar iqtisadiyyatı şəraitində yaşayırıqsa, heç kəsin göstərişilə faizlər tənzimlənmir. Faizləri bazar, onun iştirakçıları olan banklar tənzimləyir. Boş-boşa durub parlamentdə kreditlər üzrə faizlərin 5-6 faizə endirilməsilə bağlı çıxışlar yapmaq, sadəcə insanlar arasında ucuz şöhrət qazanmağa hesablanmış addımdır”.  

Amma ekspertin fikrincə, Milli Məclis prosesə qorunan əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması barədə qanun qəbul etməklə təsir edə bilər:

“İndi sığortalanan, qorunan əmanətlərin faiz dərəcəsi 12 faizdir. Belədə 12 faizlə əmanət qəbul edən bank 5-6 faizlə necə kredit verə bilər? Onda bank heç nə qazanmayacaq, əksinə ziyanla işləyərək müflis olacaq.

Parlament qanun qəbul edərək qorunan əmanətlər üzrə faiz dərəcəsini 12-dən 2 faizə endirsə, bu halda kredit faizləri də Kərimlinin istədiyi kimi, 5-6 faizə düşə bilər”. 
Digər tərəfdən, həmsöhbətimizə görə, Milli Məclis Mərkəzi Bank haqqında qanuna dəyişiklik edərək, qurumun banklara kreditləri ancaq hərrac yolu ilə verilməsi maddəsini qəbul edərsə, kredit faizləri prosesində dönüş yarada bilər. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO