Taleh Kazımovun gəlişindən sonra Mərkəzi Bankın ilk faiz qərarı açıqlanacaq

Taleh Kazımovun gəlişindən sonra Mərkəzi Bankın ilk faiz qərarı açıqlanacaq

Hazırda oxunan: Taleh Kazımovun gəlişindən sonra Mərkəzi Bankın ilk faiz qərarı açıqlanacaq

71272

Azərbaycan Mərkəzi Bankının 29 Aprel 2022-ci il tarixində bu il 3-cü dəfə faiz qərarı qəbul ediləcək.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının yeni İdarə Heyətinin sədri Taleh Kazımovun dövründə qəbul ediləcək ilk faiz qərarı olacaq.

Bundan əvvəl sürətlənən inflyasiyanı cilovlamaq üçün sabiq sədr Elman Rüstəmovun sədrliyilə keçirilən iclaslarda 2021-ci ilin ikinci yarısında 3 dəfə, 2022-ci ilin ötən dövründə də 2 dəfə faiz artırılıb.
Qeyd edək ki, 17 Sentyabr 2021-ci il tarixində AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.50%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO