Azərbaycanın bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi məlum olub.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmasına istinadən xəbər verir ki, bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (138%), pomidor (131%), meyvə və giləmeyvə (116,3%), nar (112%) üzrə olub.
Ən aşağı göstərici isə buğda (57%) və paxlalı bitkilər (60,3%) üzrə qeydə alınıb.
Heyvandarlıq məhsulları üzrə ən yüksək göstərici yumurta (100%), qoyun və keçi əti məhsulları (97,3%), ən aşağı göstərici isə donuz əti və ət məhsullarındadır (4,7%).
Əsas növ ərzaq məhsulları üzrə təminetmə səviyyəsi ən yüksək meyvə və tərəvəz şirələri (1303,5%), duz (111,3%), marqarin (98%), mineral və qazlı sular (95,9%), unda (95,4%) qeydə alınıb. Bu məhsullar üzrə ən az təminetmə səviyyəsi yarmalar (34,4%) və təmizlənmiş düyü (14,2%) ilə bağlıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:09 / 25.04.2022
Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilir? - SİYAHI
Hazırda oxunan: Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilir? - SİYAHI
Hazırda oxunan: Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilir? - SİYAHI
71271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.